Nəsimi rayonunda məhəllələrarası mini futbol yarışı keçirilib

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yeniyetmələrin iştirakı ilə bir sıra tədbirlər təşkil olunub.

Məktəblilərin yay tətili günlərində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən də bir sıra idman yarışları təşkil edilib keçirilir.

14-15 avqust 2018-cı il tarixlərdə 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında məhəllələrarası mini futbol yarışı keçirilib. Yarışda 8 komanda iştirak edib. Mini futbol yarışının qalib komandaları Nəsimi rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...