İngiltərədə yay transfer pəncərəsində yenidən dəyişiklik ola bilər

İngiltərə Premyer Liqasında yay transfer pəncərəsində əvvəlki format tətbiq edilə bilər. SİA-nın məlumatına görə, artıq iki klub bu məsələnin müzakirəyə çıxarılması tələbini irəli sürüb. Klublar hesab edir ki, yeni format İngiltərə klublarının işinə mane olur. Klublar vaxtın azlığına görə transfer pəncərəsindən faydalana bilmirlər. Bu məsələ Premyer Liqa rəhbərliyinin diqətinnə çatdırılıb və yaxın vaxtlarda müzakirə edilə bilər. Köhnə sistemə qayıtmaq üçün liqada yarışan 20 klubdan 14-nün razılığı olmalıdır.

Xatırladaq ki, İngiltərədə bu il qəbul olunan qərara əsasən yay transfer pəncərəsi çempionatın başlanmasına bir gün qalanda bağlanır. Əvvəllər isə bu, digər Avropa çempionatlarında olduğu kimi, avqustun 31-də həyata keçirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə