“Neftçi” Topaz Premyer Liqasının 2-ci turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığına start verib. SİA-nın məlumatına görə, “Sumqayıt”la matçdan (2:0) sonra iki günlük fasiləyə buraxılan komanda dünən klubun bazasında məşq edib.

Hazırlıq prosesində zədəli Ruslan Abışov, Rəşad Eyubov və Soni Mustivardan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq bu gün bir məşqlə davam edəcək.

Xatırladaq ki, avqustun 19-da "Dalğa Arena”da keçirəcək "Neftçi” - "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə