Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşəcək

Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşəcək. SİA-nın məlumatına görə, İspaniya təmsilçiləri "Atletiko" və "Real Madrid" komandaları həlledici matçda üz-üzə gələcəklər. Qarşılaşma Estoniyanın paytaxtı Tallindəki "Lilleküla" stadionunda baş tutacaq.
"Real Madrid" 2017-2018 mövsümündə Çempionlar Liqasının, "Atletiko" isə Avropa Liqasının qalibi olub. UEFA Super Kuboku tarixində ilk dəfə eyni şəhərin iki komandası qarşılaşacaq.
"Real Madrid" UEFA Super Kubokunun hazırkı sahibidir. Ötən ilin avqustunda Madrid klubu "Mançester Yunayted" 2:1 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə