"Roma" heyətinə yeni oyunçu cəlb edib. Klubun Tvitter səhifəsində yer alan xəbərə görə, paytax təmsilçisi "Sevilya"nın yarımmüdafiəçisi Stiven Nzonzini transfer edir. 29 yaşlı futbolçunun transferi “Roma”ya 30 milyon avroya başa gəlib.

Fransa millisinin üzvü ilə 4 illik müqavilə imzalanacağı bildirilir. Qeyd edək ki, Nzonzi 2015-ci ildə "Stok Siti"dən "Sevilya"ya keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə