FIFA “korrupsiya” sözünü Etika Kodeksindən çıxarıb

FIFA “korrupsiya” sözünü Etika Kodeksindən çıxarıb. “Report” xəbər verir ki, sənədin yenilənmiş versiyasında bu anlayış yer almayıb. Belə bir addım qurumun rəhbər şəxsləri arasında gizli məsləhətləşmələrdən sonra atılıb.

Bununla yanaşı, kodeksə yeni qanun pozuntusu növü – diffamasiya (şəxsin şərəf və ləyaqətinə, işgüzar nüfu­zuna xələl gətirən qeyri-dəqiq infor­ma­siyaların yayılması) daxil edilib. Bu bənd FIFA haqqında yalan məlumatlar yayan, böhtan atan şəxslərin diskvalifikasiya edilməsinə imkan verəcək.

Həmçinin rüşvət almağa, vəsaitlərin mənimsənilməsi və futbol matçlarının manipulyasiyasına görə cəza müddəti maksimum 10 il müəyyənləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə