Denis Çerışev komandasını dəyişib

Rusiya millisi və "Vilyareal"ın üzvü Denis Çerışev komandasını dəyişib. Belə ki, 27 yaşlı yarımmüdafiəçi növbəti mövsümü icarə əsasında "Valensiya"da keçirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ancaq keçidin digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Çerışev 2016-cı ildə də "Valensiya"da çıxış edib. Həmin vaxt o, "Real"dan icarə əsasında "yarasalar"a keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə