Ronaldo xəstəxanadan evə buraxılıb

Braziliya millisinin sabiq hücumçusu Ronaldo xəstəxanadan evə buraxılıb. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bir neçə gün əvvəl pnevmoniya diaqnozu ilə İbitsada xəstəxanaya yerləşdirilən 41 yaşlı braziliyalının hazırda özünü yaxşı hiss etdiyi bildirilib.

Ronaldonun onu gözləyən jurnalistlərə açıqlama verməmək üçün xəstəxananı arxa qapıdan tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə