BATE - "Qarabağ" oyununa nə qədər bilet satılıb?

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək BATE - "Qarabağ" oyununa 12 minə yaxın bilet satılıb. SİA-nın məlumatına görə, bu barədə Belarus mətbuatı məlumat yayıb. Hazırda satışda təxminən 1500 biletin qaldığı bildirilib. Oyun saatına kimi biletlərin hamısının satılacağı gözlənilir.
Qeyd edək ki, oyunun keçiriləcəyi "Borisov-Arena"nın azarkeş tutumu 13121 nəfərdir.

Xatırladaq ki, görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq. İlk oyunda "Qarabağ" rəqibinə 0:1 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...