Bu gün ÇL-də III təsnifat mərhələsinə yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. SİA-nın məlumatına görə, bütün oyunlar eyni gündə baş tutacaq.

Təmsilçimiz "Qarabağ"ın səfərdə Belarusun BATE klubu ilə oyunu ilə yanaşı (İlk oyun - 0:1), Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana" komandası səfərdə Xorvatiyanın "Dinamo" klubu ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun Xorvatiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyənin "Fənərbaxça" klubu isə doğma azarkeşlər önündə Portuqaliya "Benfika"sı ilə münasibətlərə aydınlıq gətirəcək. İstanbul təmsilçisi səfərdə baş tutan ilk qarşılaşmada minimal hesabla uduzub - 0:1.

Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunları

14 avqust

20:30. Dinamo (Kiyev, Ukrayna) - Slavia (Praqa, Çexiya)

İlk oyun - 1:1

21:00. BATE (Belarus) - Qarabağ (Azərbaycan)

İlk oyun - 0

21:30. Spartak (Moskva, Rusiya) - PAOK (Yunanıstan)

İlk oyun - 2:3

22:00. AEK (Yunanıstan) - Seltik (Şotlandiya)

İlk oyun - 1:1

22:00. Dinamo (Zaqreb, Xorvatiya) - Astana (Qazaxıstan)

İlk oyun - 2:0

22:00. Fənərbaxça (Türkiyə) - Benfika (Portuqaliya)

İlk oyun: 0:1

22:00. Videoton (Macarıstan) - Malmo (İsveç)

İlk oyun - 1:1

22:15. Şkendiya (Makedoniya) - Zalsburq (Avstriya)

İlk oyun - 0:3

23:30. Ayaks (Hollandiya) - Standard (Belçika)

İlk oyun - 2:2

23:30. Spartak (Trnava, Slovakiya) - Srvena Zvezda (Serbiya)

İlk oyun - 1:1

Bütün xəbərlər Facebook səhifəmizdə