Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün təmsilçimiz “Qarabağ” səfərdə Belarusun BATE klubu ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və “Borisov Arena”da keçiriləcək qarşılaşmanı “CBC Sport” kanalı canlı yayımlayacaq.
Qeyd edək ki, Bakıdakı oyunda BATE qələbə qazanmışdı - 1:0.
Bütün xəbərlər Facebook səhifəmizdə