"Qarabağ" "Olimpiya" stadionunda məşqə çıxıb

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması üçün Minskdə olan "Qarabağ" komandası BATE ilə oyundan əvvəl qarşılaşmanın keçiriləcəyi "Borisov Arena"da məşqə çıxmalı idi. SİA-nın məlumatına görə, komanda ənənəvi məşq prossesinə qatılmaqdan imtina edib. Buna səbəb, "Qarabağ"ın məskunlaşdığı otelin stadiondan 70 km-dən artıq məsafədə yerləşməsidir. Buna görə də, "Qarabağ" son məşqini Minskdə yerləşən "Olimpiya" stadionunda edib.

Qeyd edək ki, "Qarabağ" - BATE görüşü bu gün Bakı vaxtı ilə 21:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə