David Silva İspaniya millisindən getdi!

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu David Silva İspaniya milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb. 32 yaşlı yarımmüdafiəçi bu barədə "Twitter" sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, David Silva 2006-cı ildən yığma komandanın formasını geyinir. O, İspaniya millisində 129 oyuna 37 qol vurub. David Silva bir dəfə dünya, iki dəfə isə Avropa çempionatının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə