İtaliyanın "Milan" klubu futbolçusu Manuel Lokatellini icarəyə verib. Milan klubunun rəsmi saytında yer alan xəbərə görə, 20 yaşlı yarımmüdafiəçi icarə əsasında "Sassuolo"da çıxış edəcək. Klub gənc oyunçunun çıxışından razı qalsa, onu heyətinə qata biləcək.

Qeyd edək ki, M.Lokatelli 2016-cı ildən "Milan"ın formasını geyinir. O, ötən mövsüm A Seriyasında 21 oyunda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə