Milli komandadan zədəli qayıdan "Liverpul"un müdafiəçisi Deyan Lovrenin durumuna aydınlıq gəlib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, çanaq sümüyündə zədə aşkarlanan xorvatiyalı futbolçunun təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Həkimlər 29 yaşlı oyunçunun zədəsini dünya çempionatındakı ağır oyunlarla əlaqələndiriblər. Qeyd edək ki, Lovren ötən mövsüm də eyni zədədən əziyyət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə