PSJ klubu növbəti transferini reallaşdırıb

Fransanın PSJ klubu növbəti transferini reallaşdırıb. Klubun saytında yer alan xəbərə görə, Paris təmsilçisi “Şalke”nin müdafiəçisi Tilo Kereri heyətinə cəlb edib. Bu keçid üçün Almaniya klubuna 37 milyon avro ödənildiyi bildirilir. Qeyd edək ki, Almaniyanın U-21 millisinin üzvü "Şalke"nin yetirməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə