Azərbaycanlı hakim veteran badmintonçuların Avropa çempionatına təyinat alıb

Azərbaycan Badminton Federasiyasının (ABF) hakimi Gülcənnət Hüseynli sentyabrın 24-30-da İspaniyanın Quadalaxara şəhərində keçiriləcək veteran badmintonçuların Avropa çempionatına təyinat alıb. SİA-nın məlumatına görə, Avropa Badminton Konfederasiyasının rəsmi saytında turnirdə iştirak edəcək hakimlərin siyahısı açıqlanıb. Təmsilçimizlə yanaşı, 37 hakim veteranların Avropa çempionatında oyunları idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə