"Mançester Yunayted" hücumçusu Şotlandiyanın klubunda

"Mançester Yunayted" hücumçusu Ceyms Uilsonu icarəyə verib. SİA-nın məlumatına görə, 22 yaşlı futbolçu mövsümün sonuna qədər Şotlandiyanın "Aberdin" klubunda çıxış edəcək.

Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan ingiltərəli futbolçu son 3 ildə müxtəlif klublarda icarədə olub. O, "mankunlar"ın heyətində 15 oyun keçirib və 3 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə