"Qalatasaray" Rusiya millisinin üzvünü transfer edir

"Qalatasaray" Rusiya millisinin və "Zenit"in futbolçusu Artyom Dzyubanı transfer edir. SİA-nın məlumatına görə, 30 yaşlı hücumçunun meneceri danışıqlar aparmaq üçün İstanbula dəvət olunub. Danışıqların nəticəsi yaxın günlərdə bilinəcək.

Qeyd edək ki, Artyom Dzyuba 2015-ci ildən "Zenit"də çıxış edir. O, cari mövsümdə Rusiya Premyer Liqasında 2 oyuna çıxaraq bir qol vurub. 30 yaşlı forvard Rusiyada keçirilən dünya çempionatında 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu 2011-ci ildən çıxış etdiyi millidə keçirdiyi 28 oyunda 14 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...