“Bavariya”nın futbolçusu “Real”a keçir?

“Bavariya”nın yarımmüdafiəçisi Tiaqo Alkantara “Real”a keçməyə yaxındır. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “kral klubu” 27 yaşlı futbolçunun transferi barədə Münhen təmsilçisi ilə anlaşıb. Əldə olunan razılığa əsasən, ispanlar bu keçid üçün qarşı tərəfə 40-50 milyon avro ödəyəcəklər.
Qeyd edək ki, "Real" "Barselona”nın yetirməsi olan Alkantaraya 2 gün öncə “Çelsi”yə icarəyə verilən Mateo Kovaçiçin əvəzləyicisi kimi baxır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...