Futbolçularımızın “Prezident kuboku”ndakı rəqibləri müəyənləşib

Qazaxıstan ənənəvi olaraq təşkil olunan “Prezident kuboku”nda iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət yığmamızın rəqibləri müəyənləşib. Qol.az-ın sport.akipress.org saytına istinadən yaydığı xəbərə görə, Ramin Quliyevin başçılıq etdiyi komanda B qrupunda Qazaxıstanın U-17 və Qırğızıstanın U-16 yığmaları ilə mübarizə aparacaq. Qeyd edək ki, turnir 23-29 avqust tarixlərində Talqar şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...