“Ulduz” Ukraynada beynəlxalq turnirin qalibi olub

Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən eşitmə qüsurlu əlillərdən ibarət “Ulduz” futzal komandası iyulun 23-də sonuncu oyununu keçirib. SİA-nın məlumatına görə, “Çernomorsk” klubu ilə qarşılaşan təmsilçimiz 3:0 hesabı ilə qələbə qazanıb və turnirin qalibi olub.

Xatırladaq ki, turnirin ilk oyununda “İnvosport” klubuna 6:5 hesabı ilə məğlub olan futzalçılarımız növbəti görüşdə “UTOQ sport” komandasına qalib gəlmişdi - 3:2.

Bütün xəbərlər Facebook səhifəmizdə