Yığmamız Türkiyədə 5 medal qazanıb

20-22 iyul 2018-ci il tarixdə Türkiyənin İstanbul şəhərində Vehbi Emrenin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib. Yığmamızın üzvləri turniri 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.
Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Taleh Məmmədov (63 kq) turnirin qızıl medalını qazanıb. Yalnız final görüşündə uduzan İslam Abbasov (87 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Sakit Quliyev (60 kq), Kamran Məmmədov (67 kq) və Elvin Mürsəliyev (82 kq) qazandırıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə