Qonzalo İquain "Milan" yolçusudur...

"Yuventus"un hücumçusu Qonzalo İquain "Milan"a keçməyə yaxındır. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, iki klub nümayəndələri arasında bu transferlə bağlı görüş keçirilib və razılıq əldə olunub. Razılığa əsasən, "Milan" "Yuventus"a 60 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Q.İquainlə "Çelsi"nin maraqlandığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə