“Alanyaspor” “Sumqayıt”a 7 cavabsız qol vurdu

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” dünən növbəti yoxlama oyununu keçirib. Nazim Süleymanovun komandası Super Liqa təmsilçisi “Alanyaspor”la qarşılşıb. Bakı vaxtı ilə saat 17:00-da başlayam və Topuk Yaylası idman kompleksində keçirilən görüş “Sumqayıt”ın 0:7 hesablı məğlubiyyəti ilə başa çatıb. Türk klubunun heyətində qolları Lukas Vilyafanes (7), Bobo (42), Efecan Karaca (49), Calma Kampos(55), Əmrə Güral (74), Həsən Ayaroğlu (77) və Əmrə Akbaba (90) vurublar.

Qeyd edək ki, “Sumqayıt” Türkiyədəki ilk sınağında Qətərin “Əl-Şəhaniyə” klubu ilə 1:1 hesablı heç-heçə etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə