UEFA-dan Asim Xudiyevə növbəti təyinat

Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. Qol.az-ın məlumatına görə, o, Monteneqronun "Sutyeska" və Ermənistanın "Alaşkert" komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə iş başında olacaq. O, Alen Byeri, Yan Kobeli, Sertac Kurnazka və Urs Şnayderdən ibarət isveçrəli hakimlər briqadasının işinə qiymət verəcək. UEFA nümayəndəsi isə bolqarıstanlı İvan Lekov təyin edilib.

İyulun 26-da Monteneqronun Nikşiç şəhərindəki "Qradski" stadionunda keçiriləcək "Sutyeska" - "Alaşkert" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə