“Liverpul”u baş məşqçisi Yurgen Klopp komandasının futbolçusu Məhəmməd Salahın durumu barədə danışıb. “Mirror” nəşrinin yazdığına görə, o, misirli oyunçunun zədəsinin tam sağaldığını söyləyib.

“Biz daim Salahla əlaqə saxlayırdıq. O, tam qaydasındadır. Artıq çiynindəki problem aradan qalxıb. Əvvəlcə özümü hazırlamışdiq ki, Salah mövsümün ilk vaxtlarını buraxa bilər. Amma indi hər şey yaxşıdır”.

Qeyd edək ki, Salah ÇL-in “Real”a qarşı final matçında (1:3) çiynindən ağır zədə almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə