"Qarabağ" növbəti hücumçu transfer edib

Türkiyənin "Bursaspor" klubunun futbolçusu Con Delarj "Qarabağ"a transfer olub. SİA-nın məlumatına görə, Azərbaycan təmsilçisi "timsahlar"a 200 min avro transfer haqqı ödəyib. 28 yaşlı hücumçunun imzalayacağı müqavilənin müddəti və əməkhaqqı açıqlanmır. Konqolu forvard C.Delarj 2017-ci ildən çıxış etdiyi komandada 15 oyunda 4 qol vurub. O, əvvəllər Kamerunun "Union Duala", Slovakiyanın "Dunayska Streda", Çexiyanın "Slovan" (Liberets), Avstriyanın "Admira" (Vakker) və icarə əsasında Türkiyənin "Osmanlıspor" klublarında da forma geyinib. Futbolçu "Bursaspor"a 2017-ci ilin avqustunda "Admira"dan transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə