Türkiyənin "Beşiktaş" futbol klubu qapıçısı Fabri ilə yollarını ayırıb. "TRT Spor"un xəbərinə görə, İstanbul klubu 31 yaşlı qapıçını İngiltərənin "Fulhem" klubuna satıb. Premyer Liqa təmsilçisinin ispaniyalı qolkiper üçün "Beşiktaş"a 7 milyon avro ödəyəcəyi bildirilir. Qeyd edək ki, Fabri 2016-cı ildən "Beşiktaş"da çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə