Ayxan Abbasov: "Yeni transferlərimiz hələ hazır deyil"

“Məqsədimiz o idi ki, futbolçularımız 90 dəqiqə meydanda hərəkətdə olsunlar. İstədiyimizi gördük, çoxlu qol epizodları yaratdıq”. SİA-nın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Türkiyə toplanışı çərçivəsində Qətərin "Əl-Xaritiyah" klubu ilə keçirilən yoxlama oyunu (1:1) haqda danışarkən deyib.

O, yeni transferlərin tam hazır olmadıqlarını dilə gətirib: “Səhvlərimiz oldu. Bu da futbolçularımızın yorğunluğundan irəli gəlir. Amma ümumilikdə hər şey normal keçdi. Bu qarşılaşmada gənc futbolçulara da şans verdik. Yeni transferlərimizi də son 15 dəqiqədə meydana buraxdıq. Onlar hələ tam hazır deyil, vaxt lazımdır. Komandamız üçün yaxşı oyun oldu. Növbəti qarşılaşmalarda bu oyundakı səhvləri buraxmamağa çalışacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə