“Sabah” Saşa Stamenkoviçi transfer edib

“Sabah” futbol klubu daha bir oyunçu ilə münasibətlərini rəsmiləşdirib. SİA-nın məlumatına görə, serbiyalı qapıçı Saşa Stamenkoviçlə 1 illik müqavilə bağlanıb. 33 yaşlı qolkiper 30 nömrəli futbolkada çıxış edəcək.

Qeyd edək ki, Saşa karyerası ərzində Serbiyanın “Radniçki 1932”, “Napredak”, “Srvena Zvezda”, Qazaxıstanın “Okjetpes” klublarında çıxış edib. O, 2011-2015-ci illər aralığında ölkəmizdə “Neftçi”nin şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə