"Kukesi" qapıçısı ilə yollarını ayırıb

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Kukesi" qapıçısı ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, rəhbərlik Enea Koliçiyə qapını göstərib. Ötən mövsüm aparıcı qapıçı olan Koliçi ailəvi səbəbdən komandadan ayrılıb. 32 yaşlı qolkiper ailəsinin Yunanıstanda yaşadığını əsas gətirərək, həmin ölkənin klubları ilə danışıqlara başlayıb. Koliçinin karyerasını Smirni "Apollon"unda davam etdirməsi gözlənilir.

Albaniyalı olmasına baxmayaraq, karyerasına Yunanıstanda başlayan gənclər millisinin sabiq üzvü bu ölkədə "İraklis", "Olimpiakos" və "Panserraikos"un formasını geyinib.

Qeyd edək ki, "Qarabağ"la Kukesi arasındakı oyunlar iyulun 25-də Şkoderdə, avqustun 1-də isə Azərbaycanda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə