ŞOK: Antonio Konte “Çelsi”ni məhkəməyə verib!

Antonio Konte “Çelsi”ni məhkəməyə verib. Bu barədə “The Times” xəbər yayıb. Belə ki, italiyalı mütəxəssis klubun onu istefaya yollaması qərarından narazı qalıb. Buna səbəb ayırlıq haqqında qərarın gec verilməsi və mütəxəssisin növbəti mövsümün startına qədər yeni iş yeri tapmaq ehtimalının azlığıdır.

O, məhkəməni qazansa, 2018-2019 mövsümünün sonunda “Çelsi”dən 9 milyon avro kompensasiya ala bilər. Qeyd edək ki, Antonio Konte 2016-cı ildən “Çelsi”yə rəhbərlik edirdi. O, iyulun 13-də vəzifəsindən ayrılıb və komandaya Maurisio Sarri baş məşqçi təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB