“Tottenhem” koreyalı futbolçu ilə yeni müqavilə imzalayıb

“Tottenhem” yarımmüdafiəçisi Son Honq-Minlə yeni müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Cənubi koreyalı futbolçunun sözləşməsi 2023-cü ilə qədər uzadılıb. Qeyd edək ki, 2015-ci ildə “Bayer”dən transfer olunan 26 yaşlı futbolçunun hazırkı müqaviləsi 2020-ci ilə qədər idi.

Bütün xəbərlər Facebook səhifəmizdə