İtaliya mətbuatı: "Roberto Bordin “Neftçi”dən qovulacaq"

Avropa Liqasının I təsnifat mərhələsinin “Uypeşt”lə Macarıstandakı cavab oyununda biabırçı nəticə ilə üzləşən “Neftçi” məğlubiyyətin günahkarını tapıb. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi 0:4 hesablı məğlubiyyətdən sonra baş məşqçisi Roberto Bordindən ciddi narazı qalıb.

Bunu iddia edən İtaliya mətbuatı mütəxəssisin postundan göndəriləcəyini də istisna saymır: “Bordinin “Neftçi”dəki macəraları daxili yarışlarda mövsüm başlamamış bitə bilər. Çünki Macarıstandakı məğlubiyyət klub rəhbərliyinin xoşuna gəlməyib”. Qeyd edək ki, Bordin “Neftçi”ni iki oyuna çıxarıb. Bakıda “Uypeşt”i 3:1 hesabı ilə yenən “ağ-qaralar” səfərdə 4 cavabsız qol buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə