"Milan" futbol klubu xoş xəbər alıb. SİA-nın məlumatına görə, "rossoneri" növbəti mövsüm Avrokuboklarda iştirak edə biləcək. Beynəlxalq İdman Arbitraj Məhkəməsi UEFA-nın kluba verdiyi cəzanı ləğv edib. Milan yeni mövsümdə Avropa Liqasında mübarizəyə qoşulacaq. Bunu klubun rəsmi saytı da təsdiqləyib.

Milan "Financial fair play" qaydalarını pozduğuna görə, Avrokuboklardan 2 illik uzaqlaşdırılmışdı. Bu qərarla razılaşmayan rəhbərlik CAS-a müraciət etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə