Ruslan Abışov 6 ay yaşıl meydanlardan kənarda qalacaq

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Uypeşt” - “Neftçi” matçının ilk hissəsində zədələnən Ruslan Abışovun durumuna aydınlıq gəlib. SİA-nın məlumatına görə, millimizin üzvü uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Belə ki, təcrübəli futbolçu bu gün tibbi müayinədən keçib. Müayinədən sonra Abışovun diz bağlarında qopma olduğu üzə çıxıb. Yaxın günlərdə əməliyyat olunacaq futbolçu ən azı 6 ay məşq edə bilməycək.

Qeyd edək ki, Ruslan tərəflər arasında baş tutan ilk oyunda ayağında ağrılar hiss edib. Lakin o, komandasını çətin vəziyyətdə qoymamaq üçün Macarıstan səfərinə yollanıb və matçda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə