"İnter Arena"nın adı dəyişdirilib

“Keşlə”nin ev oyunlarını keçirdiyi “İnter Arena” stadionunun adı dəyişdirilib. SİA-nın məlumatına görə, stadion bundan sonra “ASK Arena” adlanacaq. ASK-nın açmasına gəlincə, bu, Azərbaycan Sənaye Korporasiyası Arenası deməkdir.

Xatırladaq ki, inşa olunduğu dövrdə stadion “Şəfa” adını daşıyıb. Daha sonra arena “İnter” klubunun (indiki “Keşlə”) balansına keçib və adını dəyişib. Ən son isə “İnter”in adının “Keşlə”yə dəyişməsi ilə gördüyünüz kimi, stadionun da adı növbəti dəfə dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə