“Neftçi” Avroliqaya ilə vidalaşdı

Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, təmsilçimiz “Neftçi” də cavab matçına çıxıb.

“Ağ-qaralar” Macarıstanda “Uypeşt”in qonağı olub. Bakıda keçirilən ilk görüşdə 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi bu üstünlüyünü qorumağa çalışsa da, istəyinə çata bilməyib. "Neftçi"nin qapısından 4 cavabsız qol keçirən "Uypeşt" mərhələ adlayan tərəf olub.
Macarıstan təmsilçisi 2-ci təsnifat mərhələsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq.

“Uypeşt” (Macarıstan) - “Neftçi” (Azərbaycan) - 4:0

Qollar: Litauski, 19, Sankoviç, 21, Zsoter, 50, Nvobodo, 65
İlk oyun – 1:3
Baş hakim: İoannis Papadopulos (Yunanıstan)
Budapeşt. Şuşa Ferens stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə