"Keşlə" qalib gəlsə də, Avroliqada mübarizəni dayandırdı

Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, təmsilçimiz “Keşlə” də cavab matçına çıxıb.

Maltada keçirilən ilk oyunda “Baltsan”a böyük hesabla uduzan (1:4) paytaxt klubu öz meydanında bu məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Lakin 2:1 hesabı ilə qalib gələn "Keşlə" iki oyunun nəticəsinə görə Avroliqada mübarizəni dayandırıb.

19 iyul
Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu


21:00. "Keşlə” (Azərbaycan) – "Baltsan” (Malta) - 2:1
Qol:
Meza Kolli, 11-pen.(1:0), Slavik Alxasov, 90+1 (2:0), Andrea, 90+6 (2:1)
İlk oyun – 1:4
Baş hakim:
Mixail Vilkov (Rusiya)
Bakı. "Dalğa Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə