“Sumqayıt” Qətər klubu ilə sülh bağladı

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt”, qardaş ölkədə ilk yoxlama oyununu keçirib. Klubun saytında yer alan xəbərə görə, Nazim Süleymanovun komandası Qətər təmsilçisi “Əl-Şəhaniyə” ilə qarşılaşıb. “Sumqayıt” 11-ci dəqiqədə Nicat Qurbanovun qolu ilə hesabda önə keçsə də, rəqib 38-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Qarşılaşmada başqa qol qeydə alınmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə