"Akhisarspor" heyətini gücləndirib

Türkiyə kubokunun son qalibi "Akhisarspor" heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, Superliqa təmsilçisi portuqaliyalı Jozueni transfer edib.

Türkiyəni Avropa Liqasında təmsil edəcək bu klub yarımmüdafiəçi ilə neçə illik müqavilə imzalandığını açıqlamayıb.

Karyerasına "Porto"da başlayan 27 yaşlı oyunçu 2014/15 mövsümündə "Bursaspor"a transfer olunub. Jozue 2015/16 mövsümünün qış fasiləsində ölkəsinin "Braqa" klubuna icarəyə yollansa da, növbəti mövsüm "Qalatasaray"la müqavilə imzalayıb. Bu komandada 25 oyuna 2 qol vuran portuqaliyalı ötən mövsümü də "Osmanlıspor"da keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə