"Qarabağ"ın "Kukesi" ilə oyunlarının vaxtı açıqlanıb

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, cütün hər iki oyununun vaxtı bəlli olub. Ağdam klubu ilk görüşünü səfərdə keçirəcək. Həmin oyun iyulun 25-i, Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Bakıdakı cavab matçı isə avqustun 1-də keçiriləcək və 21:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...