Vüqar Məmməd: “Komandanın inkişaf etdiyinin şahidi oluruq” - AÇIQLAMA

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd “Qəbələ”nin əvəzedici heyəti ilə oyunla bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, baş məşqçi belə deyib: “Qəbələ” bizim üçün çox güclü rəqib oldu. Bu oyunda futbolçuların xarakter göstərdiklərinin şahidi olduq. Təlim-məşq toplanışının uzunmüddətli olması taktiki baxımından faydalıdır. Komandanın hər oyun bu istiqamətdə inkişaf etdiyinin şahidi oluruq. Qələbə qazanmaq hər zaman xoşdur. Futbolçularımı təbrik edirəm. Məşqlərdə çox işləyərək, oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq”.

Qeyd edək ki, oyunda U-19 2:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə