"Sabah" Türkiyə klubu ilə heç-heçə edib

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən "Sabah” dünən ilk yoxlama oyununa çıxıb. Qol.az-ın məlumatına görə, Topaz Premyer Liqanın debütantı Türkiyə birinci liqa təmsilçisi "Giresunspor”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. "Sabah"ın qolunu yeni transfer Vitali Kvaşuk vurub. O, 55-ci dəqiqədə cərimə zərbəsindən gözəl qola imza atıb.

Qeyd edək ki, "Sabah" növbəti yoxlama görüşünü iyulun 28-də isə Superliqa təmsilçisi “Alanyaspor”la qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə