“Alaves” heyətini gücləndirib

İspaniyanın “Alaves” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, La Liqa təmsilçisi İngiltərənin “Suonsi Siti” klubunun hücumçusu Borxa Bastonu heyətinə qatıb.

25 yaşlı ispaniyalı futbolçu Premyer Liqa təmsilçisindən icarəyə götürülüb. O, 2018/19 mövsümünün sonunadək “Alaves”də çıxış edəcək.

Baston geridə qalan mövsümdə də “Malaqa”da icarədə oynayıb. O, bu komandanın heyətində meydana çıxdığı 22 oyunda 2 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə