Respublika stadionu "Qarabağ" - "Olimpiya" oyununa hazırdır - FOTOLAR

Bu gün "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində ilk matçda 1:0 hesabı ilə qalib gəldiyi Sloveniyanın "Olmipiya" klubunu qəbul edəcək. SİA-nın məlumatına görə, sözügedən qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Ağdam klubunun "Facebook" səhifəsi mərkəzi stadionun qarşılaşmaya hazır olduğunu paylaşıb.

Qeyd edək ki, sözügedən görüş saat 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə