Baqali Dabo: "Budapeştə ancaq qələbə üçün yollanırıq" - AÇIQLAMA

"Neftçi"nin hücumçusu Baqali Dabo UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Uypeşt” üzərinda ilk oyun qələbəsinin (3:1) memarlarından biri oldu. Onun ilk qolu hesabı bərabərləşdirdi, ikinci qolu isə komandanı önə çıxardı.

SİA-nın məlumatına görə, "Neftçi” PFK-ya bu yay transfer pəncərəsi çərçivəsində qoşulan Dabo, cavab oyunu ilə bağlı öz fikirlərini bildirib: "Təbii ki, qələbəyə görə şadıq. Hesabda geridə olsaq da, matçı çevirə bildik. Bilirəm ki, Budapeştdə bizə ikiqat ağır olacaq, amma buna hazırıq”.

Fransalı forvard həm də cavab oyununa hazırlığı dəyərləndirib: "Var gücümüzlə işləyirik. Budapeştə ancaq və ancaq qələbə üçün yollanırıq”.

"Uypeşt”ə qarşı "Neftçi”nin heyətində ilk rəsmi oyununa çıxan Dabo, komandada xoşbəxt olduğunu bildirib: "Özümü çox yaxşı hıss edirəm. Həm meydanda, həm meydanın kənarında uşaqlarla çox mehribanıq. İnanıram ki, gələcəkdə "Neftçi” üçün bundan daha da faydalı olacağam”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...