Maradona Argentina millisini sərt tənqid etdi

Argentina millisinin keçmiş baş məşqçisi Diyeqo Maradona komandanı mundialda zəif çıxışına görə tənqid edib. SİA-nın məlumatına görə, Maradona Argentina millisini məqsədsiz, ideyasız bir komanda adlandırıb. “Milli komandamızın çıxışı məni utandırdı. Sanki komandanın qarşısına heç bir məqsəd qoyulmamışdı. Messini qınamıram. O, hər zaman komanda üçün mübarizə aparan bir futbolçudur. Təəssüf ki, Messiyə kömək edəcək kimsə yoxdur”.

Maradona bir müddət bundan əvvəl millinin baş məşqçisi, artıq istefaya göndərilən Xorxe Sampaolini də tənqid etmişdi.

Xatırladaq ki, Argentina millisi dünya çempionatında 1/8 finalda fransızlara 3:4 hesabı ilə məğlub olaraq mundialı tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə