“Qarabağ” bu gün cavab oyunu keçirəcək

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” bu gün cavab oyunu keçirəcək. SİA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

Oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək:

"Qarabağ" - "Olimpiya" (Sloveniya)

Baş hakim: Erez Papir

Baş hakimin köməkçiləri: David Elias Biton, Eliyahu Casapu

Dördüncü hakim: David Fuxman

(Hakimlər briqadası İsraildəndir)

UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)

Hakim-inspektor: Sokol Jareci (Albaniya)

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə